Təhsil Nazirliyi müraciətlərin statistikasını açıqlayıb


Təhsil Nazirliyi müraciətlərin statistikasını açıqlayıb
Təhsil Nazirliyi vətəndaşlarla iş bölməsinə daxil olan müraciətlərin statistikasını açıqlayıb.

Nazirlikdən Realliq.info-ya verilən məlumata görə, Telefon Məlumat Mərkəzində 20 256 zəng, Vətəndaşların Qəbulu Mərkəzinə isə 6 472 olmaqla, ümumilikdə 26728 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1 283 sənəd isə (804 ərizə, 459 məktub, 20 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Qeyd edək ki, daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi, ilk peşə-ixtisas təhsili müəssisələerinə qəbul, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələlər olub.

  • 06.09.2017, 13:08, Oxunub: 1 701
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar