Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək


Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edəcək
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Saudun Rusiyaya səfəri tarixi hadisə olacaq. Bu barədə krallığın xarici işlər naziri Adel Əl-Cubeyr bildirib.

Realliq.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, səfərin dəqiq tarixi məlum deyil. Səudiyyə Ərəbistanının xarici işlər nazirinin sözlərinə görə, "onu ev sahibi müəyyənləşdirir".

Krallığın xarici işlər naziri qeyd edib ki, rəsmi Moskva və ər-Riyad İŞİD və əl-Qaidə terror təşkilatlarına qarşı sıx mübarizə aparırlar. Bundan əlavə, ölkələr Yəmən və Fələstin problemlərini həll etmək üçün yanaşmalarının bir olmasına maraqlıdırlar.", - əl-Cubeyr əlavə edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin hazırlıqları barədə məlumatları təsdiqlədi.

  • 25.09.2017, 10:55, Oxunub: 749
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar