ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir


ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Minsk Qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək.

Realliq.info-nun məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyində bildiriblər.

Səfirlikdə qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərlə fəal işləməyə davam edəcək”, - səfirlikdə bildiriblər.

Səfirlikdə əlavə ediblər ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiqdir - münaqişənin ədalətli həlli beynəlxalq hüquq əsasında olmalıdır.

  • 29.09.2017, 10:21, Oxunub: 1 043
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar