Ali Məhkəmə Zakir Fərəcovun tələbinə rədd cavabı verdi


Ali Məhkəmə Zakir Fərəcovun tələbinə rədd cavabı verdi

İkram Rəhimov icra başçısını ittiham etdi - Video


Bu gün Ali məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Sumqayıt icra başçısı Zakir Fərəcov və onun şəriki "Ən Ucuz" marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərovun Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmə icra başçısının və onun şərikinin tələbini rədd edib.

Xatırladaq ki, ötən il 25 noyabrda Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov Zakir Fərəcovun sifarişini icra edərək İkram Rəhimovu CM - nin 147.2 - ci maddəsi ilə ittiham edərək 1 il azadlıqdan məhrum etmişdi. 3 aydan sonra Sumqayıt Apellyasiya məhkəməsi şəhər məhkəməsinin hökmünü ləğv edərək İkram Rəhimovu və şikayətçi Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxmışdı. Qərardan narazı qalan icra başçısı və onun şəriki Ali məhkəməyə kassasiya şikayəti vermişdilər. Bu gün həmin şikayətə baxılıb və təmin edilməyib.
Məhkəmədən sonra Realliq.info - nun baş redaktoru mediaya açıqlama verib.
Reportyor.org həmin video müsahibəni təqdim edir.

Zakir Fərəcovun əməllərini ifşa edən Realliq.info -nun baş redaktoru İkram Rəhimovdan şok açıqlama!

  • 10.10.2017, 19:34, Oxunub: 12 425
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar