Moskvada sərnişinlərini zəhərləyən erməni sürücünün görüntüsü- VİDEO


Moskvada sərnişinlərini zəhərləyən erməni sürücünün görüntüsü- VİDEO
Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan taksi sürücüsü milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan saxlanılıb.

Realliq.info -nun məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. O, 100 nəfərin ölümündə təqsirləndirilir.

Saxlanılanlar arasında tanınmış aparıcı Artur Bitov da var.

İstintaq müəyyən edib ki, V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.

Müstəntiqlər həmin şəxsin yaşadığı mənzildə axtarış aparıblar. Oradan çoxlu sayda mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb.

Saxlanılan şəxs günahını etiraf edib.



  • 21.10.2017, 08:51, Oxunub: 3 857
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar