Patriarx Kiril: “Qarabağda dini abidələri qorumaq lazımdır”


Patriarx Kiril: “Qarabağda dini abidələri qorumaq lazımdır”
Dini xarakterli abidələri Dağlıq Qarabağ konfliktinin gərginləşməsindən qaçmaq üçün müdafiə etmək lazımdır.

Realliq.info xəbər verir ki, bunu Rusiya Dinlərarası Şurasının iclasında çıxışı zamanı Moskva və Bütün Rusiyanın patriarxı Kiril söyləyib.

“Bir müddət öncə mənim dəvətim üzrə Azərbaycan və Ermənistanın dini liderləri Qarabağ konfliktinin həlli imkanlarını müzakirə etdilər. Biz dini xarakterli abidələrin qorunması, onlara hörmət göstərilməsi ilə bağlı bəyanat qəbul etdik. Azərbaycan və Ermənistanın dini liderləri özlərində güc tapıb, dini abidə və adətlərlə bağlı heç bir təhqirin olmaması ilə bağlı bəyanat yaydılar. Dini abidələrə qarşı təhqir olacağı halda konflikt dini kontekstə keçə və bu isə öz növbəsində daha böyük qarşıdurma ocağının yaranmasına gətirib çıxara bilərdi”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dini liderləri sentyabrın 8-də Moskvada görüşüblər.

  • 25.10.2017, 11:49, Oxunub: 1 883
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar