“CNN Yunanıstan” televiziyası Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ haqqında film çəkib - VİDEO


“CNN Yunanıstan” televiziyası Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ haqqında film çəkib - VİDEO
Realliq.info Kult.az-a istinadən xəbər verir ki, televiziya əməkdaşları işğal olunmuş əraziyə səfər edərək, separatçıların liderləri ilə görüşüblər. Televiziyaya müsahibə verənlər arasında qondarma rejimin rəhbəri Bako Saakyan, “müdafiə naziri” Levon Mnatsakyan, Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan olub.

Qeyd edək ki, bundan öncə CNN-in teleaparıcısı Entoni Burden Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Burdeni qara siyahısına salmışdı.


  • 03.11.2017, 17:19, Oxunub: 3 941
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar