Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası


İkram Rəhimovun yazısı

Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası
(Oliqarx – adətən sovet sonrası Rusyasinda fürsətdən istifadə edib hami kasibladığı zamanda mal mülk sahibi olan, hal hazirda milyardlarla dollar varlığı olan yari biznesmen yarı mafioz rus zenginlərinə verilən ad)

Son günlər ölkə mediası ağır dönəmini yaşayır. Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan oliqarxların və mafioz qrupun azad jurnalistikaya elan etdiyi savaşın nəticələri göz önündədir – iki cəbhəyə bölünənlər və savaşın ortasında özünə yer axtaranlar.

Əslində nə baş verir deyə, sual edənlər də var. MŞ-nın oliqarxlarının azad media təmsilçilərini hədəfə almasının səbəbini özündə aydınlaşdıra bilməyənlər də az deyil. Zamanın və maddi gücün onlar tərəfdə olduğu bir məqamda qarşı cəbhədə yer alanların durumu da bəllidir. Sözünü demək üçün ərsəyə gətirdikləri saytlarda faktları ictimailəşdirənlərin söz tribunası bloklanır və onlar hüuq-mühafizə orqanlarına edilən qanunsuz müraciətlər fonunda hədələnirlər. MŞ-nın İdarə Heyyətinin oliqarxları vaxt itirmədən başladıqları savaşı tez bitirmək, onlara qarşı savaşanları sıradan çıxarmağa çalışırlar. Səbəb aydındır – qarşı cəbhənin nümayəndələri, onların gizli maddi dəstəkçilərini və mənimsənilən milyonları ifşa etməkdən əl çəkmirlər və bu da oliqarxların kiloluq ikralarla doldurulmuş soyuducularını boş qoya bilər.
Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası
Yuxarıda qeyd etdiyim kimi, istəklərə uyğun olaraq media camisində bir savaş başlayıb. Savaşın səbəblərini sual edənlərin nəzər diqqəti Mətbuat Şurasının nə istədiyi reallığına yönəlib. Və baş verənlər ictimai susqunluq yaratmaqla növbəti gedişləri izləmə fürsəti verir. Gizliliyin aşkara çıxdığı bir dönəmdə, ölkənin ziyalı təbəqəsinin nümayəndələri şantajlardan sığortalanmaq üçün oliqarxları hədəf seçib, həqiqətləri ifadə etməkdə çətinlik çəkirlər. Hamı ortalıqda qalıb, özünə cəbhə seçə bilməyən bəzi media nümayəndələri kimi, gündəmdə gülüş yaradan bəyanatların xofunu yaşayır.
Yaranışı ilə çox media mənsubunda ümidlər oyadan və tanınmış simalardan təşkil olunan Mətbuat Şurasının qanusuz fəaliyyəti indi cəbhələşmənin əsas səbəbidir. Jurnalistlərin hüquqlarını qorumaq və “HƏQİQƏTƏ XİDMƏT” devizi adı ilə yaranan Şuranın, məmurlar tərəfindən idarə olunması acı həqiqətin bir tərəfidir. Şuraya sədr seçilən Əflatun Amaşovun özünün həmişə “müsabiqə” dediyi müsahibələrində məmurlara təzim olunması, azad düşüncəli və jurnalist – vətəndaşlıq vicdanına sığınıb fəaliyyətini quran insanları qurumdan uzaqlaşdırdı. Media kapitanları artıq yaradılan MŞ-nın mövqeyini anlamış idilər. Bəziləri böyük pullar hesabına Ə.Amaşovun savadsızlığından, vicdan dəyərindən yaranan ləyaqət hissinə hörmətsizliyindən yoruldular. Onlar, Mətbuat Şurasının azad mətbuatı susdurmaq üçün yaradılmış bir təşkilata çevrildiyini görüb, savaşmaqdansa susmağa üstünlük verdilər.


Dəyişən tarix göstərdi ki, baş verən proseslərə susanlar cəzasız qalmayıb. Məhz, Əflatun Amaşovun rəhbərlik etdiyi Mətbuat Şurasının adından hüquq-mühafizə orqanlarına ünvanlanan, lakin həqiqəti əks etdirməyən məktublar çox jurnalistləri evsiz qoydu. Həmin məktublar sayəsində ev və villa sahibi olan Əflatun Amaşov isə öz dediyi kimi – “20 –ci əsrdə yaranmış Koroğlu” luları (qeyd edim ki, Amaşov televiziyada Koroğlunu 19 və 20 əsrdə yaşamış böyük qəhrəman olduğunu demişdi) susdura bildi. “Müsabiqələri”ndə (xatırladım ki, Ə.Amaşov müsahibəyə müsabiqə deyir) hamını MŞ – nın qanunsuz qərarlarına hörmət etməyə çağıran Amaşovun qanunsuz istəkləri hesabına “ulduzu parladı”. İllərdir Mətbuat Şurasının sədri vəzifəsini zəbt edən mətbuat düşməni, indi milyonlar sahibinə çevrilib. İllər öncə müxalifətdə yer tutub hakimiyyətə qarşı sərt mövqedə duran Amaşovun, şəhərin mərkəzində evləri, obyektləri, Fatmayi qəsəbəsində villaları, xaricdə təhsil alan övldına hədiyyə etdiyi mülkləri diqqətləri cəlb etməyə bilməz.
Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası
Bəli, Amaşov medianın qəniminə çevrilməklə azad sözün, demokratik düşüncəli insanların düşməni oldu. Mətbuat Şurası adı ilə məmurlardan aldığı paylar hesabına, jurnalistləri ləkələməyə çalışan bu “YALINCIQ”ın, “BEYRƏKLƏRİ” arxadan vurması, mediamızın yaşanan ağır günlərinin əsas səbəbidir.

Indi azad sözünü deyən və evindəki soyuducuya kiloluq ət qoya bilməyənlər, reallıqları yazdıqları üçün hücuma məruz qalıblar. Jurnalistləri şantajla həbs etdirən və buna görə yaxasına deputat mandatı asan Əflatun Amaşov, qazandığı milyonları və haram pulları gizlədə bilmir. Ölkə mediasının ağır durumunu qəbul etməyənlər yazır və yazdıqca MŞ sədrinə çətinlik yaradırlar. Aldığı maşşla bu qədər var –dövlətin sahibi olmağın mümkünsüzlüyünü anlayanların sayı çoxaldıqca, İdarə Heyyətinin Vüqar Rəhimzadəsi, Müşfiq Ələsgərlisi və digərləri gecələr rahat yata bilmir. Necə olur? Necə olur ki, bir media redaktoru olan şəxs dəniz kənarında villa sahibinə çevrilir? Yayda katibəsi ilə kiprdə dincələnlər bu pulları haqdan gətirir? Kimlərin qanı hesabına 400 manat maaş alan katibələrə 27 min manatlıq mebel alırlar?
Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası
Faktlar ortada. Və bu faktları yazanların saytları Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin özündən razı şefi Ramin Quluzadə tərəfindən bloklanıb. Lakin, qarşı cəbhədə yer alanları susdurmaq və həqiqətlərin ictimailəşməsinin qarşını bu yolla almaq istəyənlər yanılırlar və onlar çoxdan məğlub tərəfdirlər. Son ayda 15 - ə qədər saytın bloklanması Mətbuat Şurasının məktublarına verilən müsbət cavabın nəticəsidir. Ramin Quşuzadənin rabitədə baş verən özbaşınalıqları aradan qaldırmaq əvəzinə Əflatunları, Vüqarları himayə edənin qanunsuz tapşırığını icra etməsi, ölkəmiz üçün yeni problemlərin yaranmasına səbəb olmaqdadır. Dövlətin düşmənləri, birgə mənimsədikləri pulların aşkara çıxmasından qorxurlar. Onlar televiziya ekranlarına çıxıb daxildə gizlətdikləri iyrəncliklərin qulu olduqları üçün azad medianın kapitanlarının həbs edilməsi üçün bağırırlar. Amma, onların bağırtıları cirkinliklərə, korrupsiyaya şahid olmuş MŞ binasının divarlarındaca batmaqdadır. Cəmiyyət onları qəbul etmir və zaman indi onların istəklərinin əksinə çalışır. Hamı realllıqları əks etdirən saytların haqlı olduğunu anlamaqla, oliqarxlardan və mafioz qrupdan ibarət MŞ- nın İdarə Heyyətinin istefaya gedəcəyini gözləyir. Lakin orda oturmaqla, məmurların maraqlarını qorumaqla, böyük var dövlət sahibinə çevrilənlərin xoşluqla gedəcəyi də görünmür.

Son ayda bloklanan saytlar Realliq.info, Realliq.az, Realliq.org, Sonolay.az, Vediinfo.az, Nia.az, neytral.az, obyektiv.org, aztoday.az və digərlərin baş redaktorları Prezidentə müraciət ünvanlayıb. Lakin, Vüqar Rəhimzadə: Mənim arxamda Prezidentin köməkçisi Əli Həsənov – dayanıb deməklə müraciətlərin ünvana çatmayacağını bildirir. Mətbuat Şurasının bəzi üzvlərini də öz istəklərinə tabe etmək üçün – “səni Əli Həsənova şikayət edəcəyəm” – deyən Rəhimzadənin səsi daha çox çıxmaqdadır. Sadə sayt rəhbərləri də bu gün Prezidentin köməkçisi adı ilə Vüqar Rəhimzadə tərəfindən hədələnir. Hətta, MŞ İdarə Heyyətinin bəzi üzvləri saytların bloklanması üçün V.Rəhimzadənin Əli Həsənova dəfələrlə zəng etdiyini açıq ifadə edirlər. Hamı düşünür, nə ba verir deyə. Qardaşı dövlətə xəyanətə görə həbs olunan Rəhimzadənin “sadiqliyi” görəsən harda Əli müəllimin diqqətini çəkib?
Mətbuat Şurasının oliqarxları və Əflatun Amaşovun "YALINCIQ" missiyası
Ölkə mediasını iflic edən şəxslərin xəyanət içində olduqlarına şübhə yoxdur. Şimaldan gələn təkidli tələblərlə azad və demokratik cəmiyyətin formalaşmasına əngəl yaradanlar, hakimiyyətdaxili çəkişmələrin də yaradıcılarıdır. Təsadüfi deyil ki, Əli Həsənovun yaxın dostu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin nəzarətində olan “Movqe.az” saytı, Prezidentin sərəncamı olmadan bu ad altında xəbər yaydı. Həmin xəbəri, Mətbuat Şurasının İdarə Heyyətinin digər üzvlərinin rəhbəri olduğu media qurumları da, ictimaləşdirməkdən çəkinmədilər. Xəbərdə, vitse-prezident Mehriban xanımın köməkçisi Yusif Məmmədəliyevin Təhsil naziri təyin olunması qeyd olunurdu. Lakin bir saat sonra xəbər səhifələrdən çıxarıldı. Maraqlıdır, kim bu addımı atdı və məqsəd nə idi? Olmaya Təhsil nazirliyinə təyinat almağa namizəd olan Yusif Məmmədəliyevin “vurulması” lazım idi?

Əslində bu faktları dövlətin hüquq-mühafizə orqanları araşdırmağa borcludur. İldə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan 100 minlərlə manat pul alan şəxslərin, Prezidentin adı ilə yalan məlumat yayması ciddiyə alınmalıdır. Bu klanın məqsədi açıq və aydındır. Təhsil nazirliyinə onlara yaxın şəxsin rəhbər təyin olunması və müasir düşüncəli kadrların qarşısına sipər çəkmək...

Son günlər bloklanan saytlardan Realliq.info, realliq.az, realliq.org mənə məxsusdur (bu saytlara Realliqinfo.com yazmaqla və ya VPN vasitəsilə giriş edə bilərsiz). Bu barədə saytlarda və sosial şəbəkədə məlumatlar veriləndən sonra Mətbuat Şurasının İdarə Heyətinin üzvləri mənimlə əlaqə saxlayaraq xətrimi “istədiklərini” bildirirlər. Onlar ayrı-ayrılıqda qeyd edirlər ki, hadisələrdən xəbərsizdirlər. Bu danışıqlar mənə keçmiş SSRİ rəhbəri Stalinin qəbuluna gələn şəxsin əhvalatını xatırladır:

Deyirlər ki, 1941 -1945 hadisələri baş verən zaman bir şəxs Stalinin qəbuluna gələrək bildirir ki, cənab rəhbər mənim hesablamalarıma görə dünyada alman qalmayıb. Bizimlə vuruşanlar başqalarıdır.

Stalin sual verir: Sən bu fikrə hardan gəlmisən ?


Vətəndaş deyir: Cənab Stalin, mən hər gün sovet radiosunda verilən məlumatlara qulaq asıram. Xəbərlərdə nə qədər alman öldürülür yazmışam və hesablamışam ki, bu günə qədər bir alman belə sağ qala bilməz və hamısını qırmışıq. Hələ statistikadan artıq adam öldürmüşük. Ona görə əminəm ki, indi bizimlə vuruşanlar alman ola bilməz. Hansısa gizli qüvvələrdir.

Bax belə. İndi bunların deməyindən belə çıxır ki, mənə qarşı heç kim səs vermir. Bəs görəsən hansı gizli qüvvə bizi Mətbuat Şurasının İdarə Heyəti ilə üz –üzə gətirib?


İkram Rəhimov
Realliq.info (Realliqinfo.com) saytının baş redaktoru


7 P.S Növbəti yazıda -
Vüqar Rəhimzadənin keçmişi və bu günü?
Onun qardaşı niyə həbs olundu və Rəhimzadənin gizli əməlləri hansılardır?
Vüqar Rəhim.zadə jurnalistlərə tikilən binadan neçə ev alıb və ev alan qohumları kimlərdir?
Rəhimzadənin digər mülkləri harda yerləşir?
Müşfiq Ələsgərli rəhbəri olduğu Jurnalistlərin Həmkarlar İttifaqı adı ilə dövlətdən nə qədər pul alıb və mənimsəyib?
Jurnalistlərin tanımadığı bu Həmkarlar İttifaqı nə işlə məşğuldur?
Müşfiq Ələsgərlinin daha hansı gizli əməlləri var?
Mətbuat Şurasında kimlərə gizli yollarla pullar verilir?
500 tiraj cap olunan qəzetlər 60 min manat yardımı necə alırlar?
Əflatun Amaşovun 27 min manat mebel və ev hədiyyə etdiyi xanım kimdir?
Bu və digər suallara növbəti yazıda aydınlıq gətirəcəyik. Bizi izləyin.


  • 22.12.2017, 16:54, Oxunub: 6 020
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar