Mətbuat Şurasında əzilən ANA və Azər Mirzəyevin “haqqı”


Mətbuat Şurasında əzilən ANA və Azər Mirzəyevin “haqqı”
Neçə gündür ki, ölkə mediasında Lənkəranda yerləşən Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin bir Azərbaycan qadınına – bir anaya əl qaldırması və sonradan bu cinayəti ört-basdır etmək üçün Mətbuat Şurasında özünə himayədarlar tapması məni narahat etməkdədir. Həmişə olduğu kimi indi də məmurların cibinə girib, onların müdafiəsinə qalxan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Azər Mirzəyevin haqlı olduğunu cəmiyyətə sırımağa çalışırlar.

Əslində bu adi hal sayılır. Axı bir müddət öncə şəhid ailəsinin hüquqlarını qoruduğumuz üçün bizi hədəf seçərək, SOCAR və onun Kompleks Qazma İşləri Trestinin rəhbəri İsgəndər Şirəlini haqlı çıxarmağa cəhd edən MŞ-nın biabırçı duruma düşdüyünün şahidiyik. Onlar üçün sadə Azərbaycan vətəndaşının maraqları önəmli deyil. Axı kasıb vətəndaş Əflatun Amaşovun, Vüqar Rəhimzadənin, Müşfiq Ələsgərlinin və digər bu kimi oliqarxların istəklərini həyata keçirə bilməz...


Narahatam. Azər Mirzəyev kimi birisinin bir qadını döyməsi və bir ailənin şərəfini öz mənəvi kasıbçılığı ilə alçaltması məni narahat edir. Mən də cənubdanam, mən də TALIŞAM. Vətəni, milləti üçün canından keçməyə, torpağını qorumaq üçün şəhid olmağa daim hazır olan TALIŞAM. Amma, Azər Mirzəyevin talış olması məni incidir və narahat edir.
Mətbuat Şurasında əzilən ANA və Azər Mirzəyevin “haqqı”
Bir həftə öncə Mətbuat Şurasında baş verən olay və haqqını tələb edən ananı dinləməkdən imtina edən Əflatun, Vüqar və Müşfiq kimi mətbuat düşmənləri, qadına əl qaldıran Azər Mirzəyevi “haqlı” çıxarmaları mənə mənəvi əzab verməkdədir. MŞ- da keçirilən iclas zamanı baş verənlər millətin mənəvi dəyərlərinin tapdanması və şərəfin ayaq altında əzilməzi ilə nəticələndi. Lənkəranın Hirkan Milli Parkının direktorunun haram tikələri MŞ – nın İdarə Heyətinin boğazından keçsədə, bir ananın ahı yerdə qaldı. Azər Mirzəyev adlı bir məmurun millətin qürur yeri olan qadını təhqir etməsi və Mətbuat Şurasının başbilənlərinin, məmur cibinə girib milyonlar sahibi olanların vicdanını sızlatmadı. Onlar anaya əl qaldıran və sonra onu şantaj edərək həbs etdirmək istəyən məmurun şərəfsiz əməllərinə bəraət qazandırmaq üçün həqiqəti qələmə alan jurnalisti hədələməkdən belə çəkinmədilər. Lənkərandan Şuraya gələn Azər Mirzəyevin gətirdiyi payın mükafatını vermək istədilər. Amma nəticə istəklərini ifadə etmədi. Alahını unudanlar, haram pullardan gözləri kor olanlar bir ananın döyülməsi hesabına özlərinə qazanc əldə etsələrdə, cəmiyyət onları lənətləməkdədir.

Mən də TALIŞAM. Millətimin Azərbaycan üçün edə biləcək hər bir şərəfli əməlin daşıyıcılarından biriyəm. Şəhidləri və qəhrəmanları ilə tarix yazan Lənkəran elinin bir nümayəndəsiyəm. Haqsızlığa susmamaq üçün ölümü belə göz önünə almağı bacaran bir millətin nümayəndəsi olmaqla baş verənlərlə barışa bilmirəm. Vicdanımı ağrıdan bu olaya ötəri baxa bilmıdiyim kimi, susmaq da istəmirəm...

Ola bilər ki, Hirkan Milli Parkın direktoru tərəfindən döyülən qadının şikayəti əsassız olub. Ola bilər ki, Azər Mirzəyevə müraciət edən qadınının istəklərini həyata keçirmək mümkünsüz olsun. Heç bir hal bir məmurun otağında qadını döyməsinə əsas verə bilməz. Azər Mirzəyevin kimliyi və ya kimlər tərəfindən vəzifəyə gətirilməsi də onun qadına əl qaldırıb, bir ananı təhqir etməsini bağışlaya bilməz.


Bu hadisə hər bir AZƏRBAYCANLINI düşündürməli və Azər Mirzəyevi vəzifəyə gətirənləri narahat etməlidir. Dələduzluq, mənimsəmə və digər bu kimi əməllərə görə həbs olunan bir şəxsin qanunsuz əməllərini “görməyən” Ekologiya və Təbii Sərvətlər nazirliyinın rəhbərliyi baş verənlərə aydınlıq gətirməlidir. Etiraf edək ki, bu nazirliyin gördüyü işlər və tədbirlər Realliqinfo.com tərəfindən həmişə alqışlanıb və qeyd edilib. Lakin, qadına əl qaldırıb indi bir ananı şantaj edən Azər Mirzəyevin əməllərinin cavabsız qalması bizdə təəssüf hissi yaradır. Adıçəkilən nazirliyin səlahiyyət sahibləri A.Mirzəyevin özbaşınalığına susmamalı və bir Azərbaycan qadınının müraciətinə təcili cavab verməlidir. Mətbuat Şurasının himayə etdiyi bu məmurun cəzalandırılması hər birimiz tərəfindən alqışlana bilər.

Mən Azər Mirzəyevin qanunsuz əməlləri ilə bağlı əməkdaşlarıma təlimat vermişəm. Onun qanunsuz fəaliyyəti geniş formada ictimailəşdiriləcək və inanıram ki, aidiyyatı qurumlar faktların araşdırılması üçün tədbir görəcək. Lakin, Mirzəyevin otağında şikayətçi qadını döyməsini heç bir cəza ilə sığortalamaq olmaz. Cəmiyyət bu şəxsi sıralarından təcrid etsə belə Azər Mirzəyev üçün yüngül cəza hesab oluna bilər. Bir anaya əl qaldıran şəxsin onu dünyaya gətirənə verdiyi qiymətdir və belə insanlarla bir millətin nümayəndəsi olmaq qədər acı heçnə ola bilməz. Ona görə sıralarımızda belə azərlərə yer olmamalıdır.
İkram


  • 06.01.2018, 10:21, Oxunub: 4 942
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar