Sumqayıt iş adamlarından Zakir Fərəcov haqqında şok ittihamlar - VİDEO


Sumqayıt iş adamlarından Zakir Fərəcov haqqında şok ittihamlar  - VİDEO
Sumqayıt Dənizkənarı bulvarın tikintisi və digər işlərin görülməsi üçün pullarını xərcləyən iş adamları icra başçısından pullarını ala bilmirlər. Onlar Zakir Fərəcov tərəfindən aldandıqları üçün aidiyyatı qurumlara və ölkə başçısına dəfələrlə müraciət ediblər. Bundan sonra icra başçısı onları qəbul edərək borcunu verəcəyini vəd etsədə nəticə yoxdur.

Zakir Fərəcovun vətəndaşları aldatması və şikayət edəcəkləri halda onları DTX və polisin adı ilə hədələməsi ciddi narazılıqlara səbəb olub. İcra başçısının qanunsuz əməllərindən bezən insanlar redaksiyamıza müraciət edərək üzləşdikləri haqsızlıqdan bəhs edirlər. Onlar, Z.Fərəcov tərəfindən həbs edilən iş adamı Müqayis Verdiyevə açılmış qondarma cinayət işində saxtakarlıqlardan bəhs edərək, Sumqayıt şəhər prokuroru Sərdar İmanovun qanunsuz əməllərinin də ictimailəşməsini istədilər.

Realliqinfo.com- a daxil olan müraciətdən sonra iş adamları redaksiyamıza dəvət olundu. Saytın baş redaktoru İkram Rəhimovun təşəbbüsü ilə onlara sorğular ünvanlandı. İ.Rəhimovun sorğularını cavablandıran iş adamlarının baş verənlər barədə dediklərini video yazıya çevirə bildik. Zakir Fərəcov haqqında şok faktlar açıqlayan sahibkarlar hüquqlarının bərpa olunmasını tələb etməkdədirlər. İndi həmin videonu sizə təqdim edirik:


  • 11.01.2018, 16:18, Oxunub: 13 406
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar