Sumqayıtda bayraq dalğalandırlanlar Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək


Sumqayıtda bayraq dalğalandırlanlar Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək
Bir ildən çoxdur ki, Sumqayıt icra başçısı Zakir Fərəcovdan pulunu ala bilməyən sahibkarlar Realliqinfo.com saytına bildiriblər ki, onlar qarşıdakı həftə Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcəklər.

Etiraz kasiyasında 12 iş adamı və onların işə cəlb etdiyi fəhlələr də iştirak edəcək. Sahibkarlar Sumqaytıt Dənizkənarı Bulvarının tikintisində və şəhərdə Bayraq meydanlarının salınmasında xərclədikləri pulun ödənilməsi üçün icra başçısına təzyiq edilməsini istəyirlər.
Sumqayıtda bayraq dalğalandırlanlar Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək
Xatırladaq ki, icra başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlərə cəlb etdiyi iş adamı Müqayis Verdiyevi sifarişlə həbs etdirib. Bundan sonra 12 iş adamına olan milyonlarla borcunu qaytarmaqmaq üçün onları hədələyir. Sahibkarlar Məhəmməd Əsgərov, Rəşad Abbasov, Ruslan Allahverdiyev, Aydın Abdullayev və digərləri Prezident Aparatında, Baş prokurorluqda qəbullarda olublar. Qəbuldan sonra onları qəbul edən İcra başçısı Zakir Fərəcov, pullarının qaytarılacağını bildirsədə yenə vədinə əməl etməyib. İcra başçısı vədinə əməl etmədiyi üçün, şikayətlərini davam etdirən iş adamlarına qarşı hədə -qorxular davam edir.
Sumqayıtda bayraq dalğalandırlanlar Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək
Sumqayıtda gündən-günə artan narazılıqlar bir məmurun özbaşınalığının nəticəsi olsa da, aidiyyatı qurumlar susmaqda davam edir. Sahibkarların və sadə vətəndaşların çoxsaylı şikayətlərinə məhəl qoymayan icra başçısı: “Sumqayıtda görülən işlərə görə dövlət mənə pul verməyib ki, məndə sizə verim” – deyə iş adamlarını çarəsiz durumda buraxıb.
Onu da qeyd edək ki, Sumqayıt icra başçısı türk iş adamlarını da aldadaraq onlara olan borcunu qaytarmır. Türkiyənin "Nos-İnşaat" şirkətindən alınan bayraq dirəklərinə görə yaranmış borcu qaytarmayan icra başçısı haqqında Türkiyənin Azərbaycandakı səfirliyinə və aidiyyatı qurumlara rəsmi müraciət olunub.
Sumqayıtda dövlət bayrağını dalğalandıranların son ümidi Prezident Aparatının qarşısında etiraz aksiyası keçirməkdir. Onlar bu yolla problemlərinin ölkə başçısına çatdırılmasını istəyirlər.

Biz də ümid edirik ki, dövlətin aidiyyatı qurumları Sumqayıtda baş verən özbaşınalığın qarşısını almaq üçün hərəkətə keçəcək və qanunlara məhəl qoymayaraq, narazı kütlə formalaşdıran Zakir Fərəcovun əməllərinə son verilməsi üçün tədbirlər görəcəklər.
Mövzuya qayıdacağıq.
Realliqinfo.com


  • 12.01.2018, 17:43, Oxunub: 9 814
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar