Mehman Əliyev Mətbuat Şurasını tam tərkiblə istefaya çağırdı


Mehman Əliyev Mətbuat Şurasını tam tərkiblə istefaya çağırdı

"Mətbuat Şurası mətbuatı məmurlarla qorxudan quruma çevrilib"


Mətbuat Şurasının növbəti - VII qurultayı 2018-ci ilin yaz aylarında keçiriləcək.

Bu barədə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: "Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.
Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı isə belə cavablanıdırb: "Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.
Mehman Əliyev Mətbuat Şurasını tam tərkiblə istefaya çağırdı
Mətbuat Şurasının sonuncu VI qurultayı 2013-cü ildə keçirilib.

"Mətbuat Şurası mətbuatı məmurlarla qorxudan quruma çevrilib"

"Turan” İnformasiya Agentliyinin sədri Mehman Əliyev bildirib ki, yarandığı vaxt Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub, ancaq 2009-cu ildə burada baş verən qeyri-demokratik durumla bağlı qurumdan istefa verib: "İstəyirdik ki, Mətbuat Şurası yaratdığımız məqsədlərə xidmət etsin. Media və dövlət arasında körpü yaratmaq, medianı özünü tənzimləyən, keyfiyyətini və dayaqlarını gücləndirən bir qurum kimi fəaliyyət göstərsin. Amma əksi baş verdi".
Mehman Əliyev deyir ki, bu gün Mətbuat Şurasının işi mətbuatı hüquq-mühafizə orqanları ilə qorxutmaq, onlara təpki göstərmək, söz azadlığının boğmaqdır: "Orada kritik vəziyyət mövcuddur. Yaxşı olardı ki, İdarə Heyəti və rəhbərlik tam tərkiblə istefaya getsin”.

M.Əliyev yazda keçiriləcək qurultaydan da heç nə gözləmədiyini deyir: "Mətbuat Şurasını təsis edən mətbuatın böyük hissəsi, demək olar ki, hakimiyyətin nəzarətinə keçib. Onlar hakimiyyətin istədiyi və tələb etdiyi adamları seçəcəklər. Bu cür vəziyyətdə müsbət nəticə gözləmirəm”.

  • 22.01.2018, 09:49, Oxunub: 4 144
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar