YAP İlham Əliyevin namizədliyini irəli sürdü


YAP İlham Əliyevin namizədliyini irəli sürdü
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı işə başlayıb.

Realliq.net xəbər verir ki, YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyir.

Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək, həmçinin ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

***

Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Qərar yekdilliklə qəbul olunub.

  • 08.02.2018, 11:23, Oxunub: 1 288
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar