"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb


"Mançester Yunayted" İngiltərə Kubokunun yarımfinalına çıxıb
"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında "Brayton end Houv Albion" komandası üzərində qələbə qazanıb.

Realliqinfo.org xəbər verir ki, Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.

"Mançester Yunayted" İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl "Tottenhem Hotspur" "Suonsi Siti"ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

İngiltərə Kuboku. 1/4 final

"Mançester Yunayted" – "Brayton end Houv Albion" - 2:0

Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83

  • 18.03.2018, 15:58, Oxunub: 287
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar