Səudiyyə Ərəbistanında inqilabi qərar — “Qadınlara qara çadra məcburi deyil”


Səudiyyə Ərəbistanında inqilabi qərar — “Qadınlara qara çadra məcburi deyil”
Səudiyyə Ərəbistanında islahatlar davam edir.
Realliqinfo.org xəbər verir ki, vəliəhd şahzadə Salman ölkədəki qadınlar üçün qəbul etdiyi yeni qərarını açıqlayıb. Qərara əsasən, Səudiyyədə yaşayan qadınlar artıq “ədəb qaydalarına uyğun” formada geyindikləri təqdirdə qara çadra geyinmək məcburiyyətində qalmayacaqlar.
Vəliəhd şahzadə məsələ ilə bağlı deyib:
“Şəriət qanunları kifayət qədər açıqdır. Qadınların da kişilər kimi əxlaq normalarına uyğun geyinməsi lazımdır. Bunun qara çadra şəklində olması lazım deyil. 1979-cu ildən əvvəl Səudiyyə Ərəbistanında başqa həyat var idi. Din qara çadra şərtini ortaya qoymurdu. Qadının örtünmək üçün qaradan istifadə etməsi şəxsi seçimidir”.

  • 19.03.2018, 19:01, Oxunub: 644
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar