“İnvestA” MMC – nin saxtakarlığı və Quliyev qardaşlarının qanunsuz əməlləri niyə araşdırılmır? - VİDEO


“İnvestA” MMC – nin saxtakarlığı və Quliyev qardaşlarının qanunsuz əməlləri niyə araşdırılmır? - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində ipoteka şərtləri ilə ev alan vətəndaşların şikayətləri ilə bağlı Realliqinfo.org – un apardığı araşdırmalar zamanı məlum olub ki, dövlətin aidiyyatı qurumları faktları ört-basdır etməyə çalışır.
Realliqinfo.org-a müraciət edən Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən, “Park Solero” yaşayış kompleksində yaşayan, Abasov Zaur Ədalət oğlu, Şahmuradov Məhərrəm Heydər oğlu, Şahmuradov Süleyman Heydər oğlu, İsgəndərova Günel Elxan qızı, Sadıqov Elmar Əhliman oğlu, Əbilov Pərviz Ağamoğlan oğlu və İbadova Qumru Arzu qızı bildirirlər ki, “İnvestA”MMC –nin sahibləri Namiq və Natiq Qiuliyev qardaşlarının qanunsuz əməlləri dövlət qurumları tərəfindən araşdırırlmır.
Fövqəladə Hallar nazirliyinin və digər dövlət qurumlarının, eləcədə Abşeron rayon icra hakimiyyətinin memarlıq şöbəsinin müdirinin rəsmi müraciətlərə verdikləri cavab deyilənləri təsdiq etməkdədir. “İnvestA”MMC –nin həyata keçirdiyi tikintinin qanunsuz olmasına baxmayaraq rəsmi qurumlar Natiq və Namiq Quliyev qardaşlarının cinayət tərkibli əməllərinə himayədarlıq etməkdədirlər.
Abşeron rayon İcra Hakimiyyətinə vəkil tərəfindən sorğu verilmiş və İcra Hakimiyyətinin memarlıq şöbəsi bilərəkdən həmin tikintinin sifarişçisinin kim olmasını qeyd etməmiş və hətta özünün verdiyi sərəncamın tarixini və nömrəsini qeyd etməmişdir. Mücərrəd cavab verilməsinda məqsəd isə məhkəmədə vətəndaşları çıxılmaz vəziyyətə salmaq və “İnvestA”MMC-nin rəhbərliyinin saxtakarlığını gizlətməkdir.
Xatırladaq ki, bir neçə il öncə “İnvestA” MMC rəhbərliyi tərəfindən salınan “Park Solero” yaşayış kompleksində 250 ev tikilib. Bu evlərin tikintisi zamanı vətəndaşlar – alıcılar işbazlar tərəfindən aldadılıb.
“İnvestA” MMC – nin saxtakarlığı və Quliyev qardaşlarının qanunsuz əməlləri niyə araşdırılmır? - VİDEO
Realliqinfo.org – un araşdırmalarından məlum olub ki, “Park Solero” yaşayış kompleksini Namiq və Natiq Quliyev qardaşları yaradıblar. Onlar Abşeron icra hakimiyyətinin sərəncamı əsasında tikinti aparmış, lakin təsdiq olunmuş eskiz layihəni saxtalaşdırmışlar. Bununla yanaşı vətəndaşlara ipoteka şərtləri ilə satılmış evlərin ölçüləri müqavilədə göstəriləndən kiçik həcmdədir. Vətəndaşları hər evə görə 44 kv. metr aldadan Namiq və Natiq Quliyev qardaşları dövlətin küllü-miqdarda vergisini ödəməkdən yayınıblar.

Saytın araşdırmaları zamanı diqqət çəkən məqam bu şəxslərin ipoteka şərtlərini “Bank Respublika” ilə razılaşdırmaları olub. Məlum olur ki, “Bank Respublika”ya rəhbərliyi bu qardaşlar edir. Bununla sənədləri saxtalaşdıran Namiq və Natiq Quliyevlər 250 – yə yaxın vətəndaşın hüquqlarını kobud şəkildə pozublar.

Qardaşların rəhbərlik etdiyi “İnvestA”MMC- ilə “Bank Respublika”-nın şərikli oyununun qurbanına çevrilən vətəndaşların etirazları artmaqdadır. Lakin tikintini aparan şirkətin rəhbərliyi Namiq və Natiq Quliyev qardaşlarının haqlı etirazlara məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Onlar yaşayış kompleksində evlərin tikintisinin vətəndaşlar tərəfindən aparıldığını bildirir və bu yolla məsuliyyətdən yayınmaq istəyirlər. Qardaşların adına verilən sərəncam və evlərin vətəndaşlara satıldığı zaman bağlanan müqavilərlər onların yalanını üzə çıxarır. Bütün sənədlərin “İnvestA”MMC – yə məxsus olması və tikintini aparan şəxslərin Namiq və Natiq qardaşlarının olması danılmaz faktdır.

Şikayətçi Şahmuradov Məhərrəm onlara qarşı həyata keçirilən dələduzluq faktları ilə bağlı Realliq.tv – yə açıqlama verib. İndi həmin videonu diqqətinizə çatdırırıq:

Realliqinfo.org

  • 27.03.2018, 13:42, Oxunub: 86 989
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar