Növbəti qeyri-sabit hava şəraiti


Növbəti qeyri-sabit hava şəraiti
Günün ikinci yarısında qərb rayonlarından başlayaraq Azərbaycan ərazisinə soyuq hava kütlələri daxil olmağa başlayacaq. Soyuq hava kütləsi özü ilə intensiv yağışlar, tufan və dağlara qar gətirəcək. Güclü qərb küləyi əsəcək, xəbəri sinoptiklər verib.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti aprelin 5-nə qədər davam edəcək.

Aprelin 3-də Bakıda və Abşeronda hava tutqun, yağıntısız olacaq. Günün ikinci yarısında güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz +12 +17 dərəcə təşkil edəcək. Gecə +6 +8 dərəcə təşkil edəcək.

Ölkənin rayonlarında yağış, səhər saatlarında duman gözlənilir. Qərb küləyi əsəcək. Gündüz aran rayonlarında hava +20 dərəcəyə qədər, dağlarda +12 dərəcəyə qədər isinəcək.

  • 03.04.2018, 10:42, Oxunub: 2 128
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar