Əziz Orucov azadlığa buraxıldı


Əziz Orucov azadlığa buraxıldı
"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov azadlığa buraxılıb.

Bu barədə Realliqinfo.org-a onun həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Onun sözlərinə görə, Əziz Orucovun səhhətində ciddi problemlər yarandığına görə 3 il müddətində şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əziz Orucovun apelyasiya şikayəti təmin edilməyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Ötən il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.

  • 05.04.2018, 12:05, Oxunub: 1 659
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar