“Az-Granata” MMC – dən növbəti təxribat – Vüqar Mikayılov: “Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar”


“Az-Granata” MMC – dən növbəti təxribat – Vüqar Mikayılov: “Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar”
“Az -Granata” MMC – nin fəaliyyətində baş verən özbaşınalıqlar, qanun pozuntuları və insanların müqəddəs inanclarına qarşı sayğısızlıqla bağlı dərc etdiyimiz yazılardan sonra redaksiyamıza müraciətlərin sayı çoxalmaqdadır. Vətəndaşlar bu adıçəkilən şirkətin qanunsuz fəaliyyətindən bəhs etməklə yanaşı, MMC – nin rəhbər işçilərinin qanunlara sayğısızlığına da biganə qalmırlar.
“Az-Granata” MMC – dən növbəti təxribat – Vüqar Mikayılov: “Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar”
Ən dəhşətli fakt isə “AZ-Granata” MMC – nin rəhbərliyində təmsil olunan Vüqar Mikayılovun ölkənin Prezidentinin və birinci xanımın ünvanına səsləndirdiyi fikirlərdir. Olunan şikayətlərdən və yazılanlardan əndişələnən Vüqar Mikayılov şikayətçi olanları hədələməkdən belə çəkinməyib. Onun söylədiklərini redaksiyamıza ünvanlayan şirkət əməkdaşları belə halların ilk olmadığını söyləyirlər. Onların bildirdiyinə görə Vüqar Mikayılov dəfələrlə bildirib ki, “Az-Granata” MMC – nin sahibi birinci xanımdır və burda əldə edilən pullar Heydər Əliyev fonduna eləcədə də Prezidentə verilir. Ona görə olunan oğurluqdan və vergi mənimsəmələrindən, eləcədə də insanların zəhərlənmələri ilə bağlı edilən şikayətlərə əhəmiyyət verməmək lazımdır.
Biz Realliqinfo.org olaraq V.Mikayılovun həqiqəti söylədiyinə inanmırıq. Və yaxşı bilirik ki, ölkə qanunlarına hörmətsizlik edən bu şəxslər, dinə sayğı göstərənlərin də hisslərinə toxunaraq ölkədə etirazlar yaratmağa cəhd etməkdədirlər. Lakin belə çirkin niyyətli şəxslərin məqsədlərinin həyata keçməyəcəyinə inanırıq.

Oxucularımız yazır ki, “Az-Granata” MMC –nin sahibi Mikayıl İsmayılovun tapşırığı ilə onun qohumu Vüqar Mikayılova böyük səlahiyyət verilib. Və adıçəkilən şəxsin sifarişi ilə şikayətçilərə, narazı vətəndaşlara Mehriban xanımın adı ilə hədə - qorxu gəlməsi tapşırılıb. Bundan sonra təşkil olunan məclislərdə və tədbirlərdə Vüqar Mikayılov verilən tapşırığı həyata keçirməkdə davam edir. Dostları ilə yığışdığı məclisdə və işçi kollektivinə tez –tez xatırlatdığı bu fikirləri artıq hamı əzbərləyib: “”Az-Granata” Mehriban Əliyevanındır. Bizi kimsə yoxlaya bilməz. Burda yığılan pullar Mikayıl müəllim tərəfindən birinci xanıma verilir. Ona görə vergilər nazirliyinin də bizi yoxlaması mümkün deyil. Hamı bilməlidir ki, bizdən şikayət edənlərin sonu yoxdur”.
“Az-Granata” MMC – dən növbəti təxribat – Vüqar Mikayılov: “Bura Mehriban Əliyevanındır, vergi ödəməsək də olar”
Qeyd edək ki, Vüqar Mikayılov qohumundan aldığı tapşırıqdan sonra sosial şəbəkədə belə fəallaşıb. Bu şəxs Facebook sosial şəbəkəsində yazdığı fikirləri ilə insanların narazılığını yaratmaqdadır. İçki məclislərindən sonra şəbəkədə aktivləşən Vüqar Mikayılov etdiyi paylaşımlarla ölkə Prezidentinin siyasi kursuna qarşı olduğunu açıq ifadə etməkdədir. Realliqinfo.org bu şəxsin dostları siyahısına və izlədiyi videoları nəzərdən keçirib. Məlum olub ki, Vüqar Mikayılovun ən çox izlədiyi və bəyəndiyi videolar sırasında Prezidentə və onun ailəsinə qarşı olanların video çıxışlarıdır. Həmin faktlar sayt tərəfindən artıq sürətlənib.
Bundan başqa bu şəxsin yazışma apardığı şəxslərin sırasında radikal müxalifətçilər də var ki, bu da Az-Granata rəhbərliyinin niyə təxribata yönəlik addımlar atdığını önə çıxarır.

Ölkənin birinci xanımı haqqında səslənən bu kimi fikirlərə biz inanmırıq. Dövlətin qarantı olan Prezidenti dəstəkləyən Realliqinfo.org saytı Mikayıl – Vüqar cütlüyünün təxribatına qarşı mövqeyini hər zaman ifadə edir. Lakin vətəndaşlarımız da bilməlidir ki, Vüqar Mikayılov kimilərinin öz çirkin əməllərində birinci xanımın adını çəkmələri sadəcə kimlərisə hədələmək və dövlətə qarşı təxribat yaratmaq anlamı daşıyır.
Onu da qeyd edək ki, facebook sosial şəbəkəsində və mediada bəzi sayt rəhbərlərinə pul paylayan Vüqar Mikayılov saxtakar əməllərinin ifşa olunmasının qarşısını almağa cəhd edir. Lakin biz realliqinfo olaraq xatırladırıq ki, bu kimi fəaliyyətin nəticəsi olmayacaq.
Realliqinfo və 10 – a yaxın sayt rəhbəri sabah Prezidentə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya rəsmi müraciət edəcək. Müraciətdə Miakyıl İsmayılovun tapşırığı ilə Vüqar Mikayılovun səsləndirdiyi fikirlərə görə cəzalandırılması və Az-Granata MMC –də baş verən qanun pozuntularının, təxribatın qarşısının alınması üşün tədbirlər görülməsi xahiş olunacaq. Həmin müraciət saytlarda dərc olunacaq.
Bizi izləyin.
Realliqinfo.org


  • 08.04.2018, 07:11, Oxunub: 10 129
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar