“Realliq.info” saytının rəhbəri: “Məhkəmə qərarından şikayət veriləcək”


“Realliq.info” saytının rəhbəri: “Məhkəmə qərarından şikayət veriləcək”

İkram Rəhimov: "Az -Granata"MMC-nin məhsulları həyat üçün təhlükəlidir"


Masallı Rayon Məhkəməsi "Realliq.info" saytının 5 min manat cərimələnməsi barədə qərar çıxarıb. Bu barədə redaksiyanın yaydığı məlumatda deyilir.

Xatırladaq ki, "reallıqinfo.org" "Az-Granata" şirkətinin fəliyyətini tənqid edən material dərc edib, qarşı tərəf isə bu tənqidi məqaləni işgüzar imicin korlanması, mənəvi zərbə sayaraq məhkəmə iddiası qaldırıb.

Məlumata görə, saytı məhkəməyə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova məxsus olduğu iddia edilən "Az-Granata" MMC verib.

Məlumatda vurğulanır ki, şirkət məhkəməyə iddia tələbində redaksiyanın 200 min manat maddi təzminat ödəməsini və təkzib verməsini tələb edib, hakim Firdovsi Əliyev şirkətin sifarişini qismən təmin edib.
“Realliq.info” saytının rəhbəri: “Məhkəmə qərarından şikayət veriləcək”
Məlumatda hakimin redaksiya tərəfindən heç bir vəsatəti təmin etməməsi M.İsmayılovun təzyiqi altında olması kimi dəyərləndirilir.

"Məhkəmədə "Az-Granata" təmsilçiləri bildiriblər ki, onlara maddi ziyan dəyib, amma bunu sübut edə bilmirlər, bununla belə məhkəmə bizi cərimə edir. Amma saytın cərimə olunması hələ son demək deyil, bu qərardan apellyasiya şikayəti veriləcək. Bununla yanaşı "Az-Granata"nın qanunsuz fəaliyyəti ilə bağlı yazılarımız davam edəcək", - saytın rəhbəri İ.Rəhimov Turan-a bildirib.

İ.Rəhimovun sözlərinə görə, redaksiya qanunları saymayan, insanların həyatına təhlükə yaradan və özbaşınalıq edən şirkət rəhbərliyinin cəzalandırılması üçün bütün qanuni vasitələrdən istifadə edəcək.
Xatırladaq ki, məhkəmənin hakimi Firdovsi Əliyev qərarı oxumaq üçün müşavirəyə gedib və 1 dəqiqədən sonra zala qayıdaraq əlində 3 vərəqli qətnaməni oxumağa başlayıb. Bu vaxt saytın baş redaktoru İkram Rəhimov hakimə 1 dəqiqəyə qərarı necə çap etdiyini deyib. Hakim susub. Baş redaktor isə: "Siz bu qətnaməni bir həftə öncə yazmısız. Sizə yazıqlığım gəlir. Çünki gözlərimə belə baxmağa cürət etmirsiz və təsir altında ədalətsizlik edirsiz" - deyə cavab verib.

  • 12.04.2018, 22:06, Oxunub: 13 923
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar