Rusiyanı böhran bürüyür, rubl çökür


Rusiyanı böhran bürüyür, rubl çökür
Rusiyanın fond bazarının çökməsi investorların diqqətini cəlb etməməlidir. Moskva və Vaşinqton arasında çətin geosiyasi situasiyada ABŞ-ın hansı şirkətə zərbə vuracağını demək çox çətindir.

Axar.az xəbər verir ki, bu iddia ilə amerikalı iqtisadçı Con Pol Smit çıxış edib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə rublun kursu tutqun olaraq qalacaq:

“İstənilən şirkət ABŞ tərəfindən hədəf seçilə bilər. Bu isə öz növbəsində böyük nəticələrə səbəb ola bilər. İnvestorlar Rusiya dövlətinin müəyyən aktivlərinə yatırımda diqqətli olmalıdırlar. Tezliklə, bu ölkədə maliyyə böhranı başlayacaq ki, bu da yerli valyutanın devalvasiyasına şərait yaradacaq”.

Qeyd edək ki, Smit 1998-ci ildə Rusiyanın defoltunu proqnozlaşdıran şəxs kimi tanınır.

  • 17.04.2018, 11:33, Oxunub: 1 666
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar