İrəvanın mərkəzinə polis toplanır: XİN mühasirədə - Canlı


İrəvanın mərkəzinə polis toplanır: XİN mühasirədə - Canlı
11:01

Erməni deputat Nikol Paşinyanın təşəbbüsü ilə İrəvanda etiraz aksiyaları yenidən başlayıb.

Realliqinfo.org xəbər verir ki, saat 10:00-a nəzərdə tutulan aksiya 40 dəqiqə gecikmə ilə başlayıb.

Paşinyan və tərəfdarları Fransa meydanından yürüşə çıxıb. Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etməkdir.

Paşinyan yürüş boyu tələbələri dərslərini ataraq küçəyə çıxmağa səsləyib.

Hazırda yürüş iştirakçıları Baqramyan prospektinə doğru gedir.

***

Nikol Paşinyanın rəhbərliyi ilə erməni etirazçılar Baqramyan küçəsində Ermənistan Baş naziri Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıblar.

Paşinyan iqamətgahın blokadasının başladığını rəsmən elan edib. İqamətgahın qarşısında polis kordonu götürülüb və etirazçılara heç bir problem yaradılmayıb.

***

Paşinyan Serj Sərkisyanın iqamətgahının qarşısında çıxış edib:

“Bu gecə Sərkisyan əmr verib ki, tikanlı məftillər və polislər iqamətgah qarşısındakı küçədən yığışdırılsın. Mən dünən Respublika meydanında bəyan etdim ki, Sərkisyan Ermənistana tikanlı məftillər arxasından baxacaq. Biz gəldik ki, bu rəsmi bərpa edək. Serj Sərkisyan, sən dünyaya polis kordonu və tikanlı məftillər arxasından baxacaqsan. Serj Sərkisyana layiq rəsim bərpa edildi. Əgər bunu ortadan qaldırsanız, biz qayıdıb, yenə bərpa edəcəyik”.

***

Paşinyanın rəhbərliyi ilə etirazçılar İrəvan Dövlət Universitetinə daxil olublar. Onlar universitetdə olan tələbələri aksiyaya qoşulmağa səsləyiblər.

***

Polis İrəvanın mərkəzində etirazçılara qarşı hərəkətə keçib.

Artıq bir sıra aktivistlərin saxlanılmasına başlanılıb. Polis həmçinin Fransa meydanına etirazçıları buraxmaq niyyətində olmadığını deyib. Rəsmi məlumata görə, saxlanılanların sayı 68 nəfərdir.

***

İrəvanın mərkəzinə polis qüvvələri toplanmağa başlayıb.

Xüsusilə Fransa meydanına birləşik ərazilərə onların sayı getdikcə artır. Polis etirazçıların prospekti bağlamasına imkan vermir.

***

İrəvanda etirazçılar yenidən meriyanın binasını mühasirəyə alıblar. Etirazçılar binanın qarşısında “Taron (mer Taron Markaryan – red.), çıx!” və “Rüsvayçı” şüarları səsləndiriblər.

***

Ermənistanda etirazçılar Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıblar.

***

Marseldə bir qrup erməni Ermənistanın konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.

Onlar yeni baş nazir Serj Sərkisyanın fotolarını yandırıblar.


  • 18.04.2018, 17:21, Oxunub: 4 193
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar