Azdramda inanılmaz: Fuad Poladovu yad edən aktyora...


Azdramda inanılmaz: Fuad Poladovu yad edən aktyora...
Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram teatrında qalmaqal yaşanıb.

Teatrdan adının açıqlanmasını istəməyən şəxsin Kulis.az-a verdiyi məlumata görə, gərginlik tamaşadan sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlaması və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş etməsindən sonra yaşanıb.

Teatr rəhbərliyi aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Qeyd edək ki, “Şah Qacar” mərhum aktyor Fuad Poladovun baş qəhrəmanı oynadığı tamaşalardan biridir. İndi Qacar rolunda Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov çıxış edir.

Teatr məsələ ilə bağlı açıqlama vermək istəməyib.

  • 07.05.2018, 12:14, Oxunub: 3 738
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar