Fuad Poladovun ömürlük, gizli sevgisi - FOTO


Fuad Poladovun ömürlük, gizli sevgisi - FOTO
Mayın 4-ü dünyasını dəyişən xalq artisti Fuad Poladovla bağlı tanınmış xanım jurnalist İradə İsaq bu vaxta kimi çoxlarının məlumatı olmayan bir faktın üstünü açıb.

Realliqinfo.org xəbər verir ki, xanım jurnalist böyülk sənətkarın gənclik illərindən ürəyində daşıdığı sevgidən yazıb.
Həmin yazını təqdim edirik:

"Fuad Poladov dünyasını dəyişdi. Və mən bu həqiqəti artıq danışa bilərəm.
O şəxsiyyətdir niyə deyirik?
Bir fakt deyəcəm. Bunu barmaqsayı adamlar bilir.
Hamı bilir k, o daş kimi susqun və ciddi adam bəlkə ölənə qədər qəlbində böyük bir sevgini daşıdı - Gözəl aktrisa Vəfa Fətullayevanı.
Anası rəhmətlik Hökumə Qurbanova onları ayırdı. Birdəfəlik. İllərini həsr etdi buna. Amma....
Çox perspektivli bir gənclə, çoxları tanıyır, adını demirəm, Vəfa xanım nişanlandı.
Bir müddət sonra Vəfa xanım amansız qan xərçənginə yoluxdu. Xəstəlik güclənib, gözəlliyini əlindən alıb, onu xəstəxanaya salanda o nişanlı oğlan daha gəlməz oldu.Fuad Poladovun ömürlük, gizli sevgisi - FOTO
İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə, son anına qədər sevgisi Vəfanın yastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuadın qollarında keçindi.
Uzun-uzun illər də evlənmədi Fuad bəy.
Və mən bir gün bütün faktları toplayıb Vəfa xanım haqda film çəkdim. Elə faktlarım vardı ki...
Xahiş etdim Fuad bəydən. Gəlin, onun haqda danışın dedim. "O mənim iç dünyamda olanlardır" dedi.
Susdu yenə.
İlk dəfə mənə rədd cavabı verən müsahibimə "yox!" dediyi üçün təşəkkür etdim!
Stalin də məmurlarına öz sevgilisinə dəlicə vurulan Marşal Jukov haqda demişdi: "Bilirsinz, xalq Jukovu niyə sevir, sizi yox? Çünki o, bir qadına vurulacaq, onu bir ömür sevəcək qədər nəhəngdir. Jukov sevməyi bacarır!"
Və sevməyi bacaranlar həmişə seviləcək".

Təhməz Təkin


  • 07.05.2018, 15:27, Oxunub: 3 899
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar