Petrosyan: Paşinyan tələyə düşdü, yeganə yol...


Petrosyan: Paşinyan tələyə düşdü, yeganə yol...
Ermənistanın Respublika Partiyası parlamentdəki üstünlüyü sayəsində hökumətin bütün qanunvericilik təşəbbüslərini yox edə bilər.

Axar.az xəbər verir ki, bunu mediaya müsahibəsində Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan deyib. Onun sözlərinə görə, respublikaçıların nümayəndələri son çıxışlarında bu istəklərini gizlətmirlər:

“Son zamanlar çoxları parlamentlə hökumət arasındakı münasibətlərdə yaranan qeyri-adi situasiyaya siyasi xarakter verməyə cəhd edir. Parlamentdəki çoxluq özünü müxalifət elan edib, hökumətə isə azlıq kimi yanaşılır. Buna Paşinyanın yeni hökuməti necə müqavimət göstərə bilər? İndiyə qədər Paşinyan parlamentə öz iradəsini aksiyaların yardımı ilə yeridə bilib. Bu beynəlxalq ictimaiyyət tərəfindən demokratik görüntü olaraq qəbul edilib. O, bundan sonra Məclisə eyni metodla təsir edə bilərmi? Aydındır ki, yox. Ona görə də bu resurs artıq yox olub. Parlamenti öz iradənə xalq hərəkatının lideri kimi tabe etdirmək başqa məsələ, baş nazir qismində buna cəhd etmək tamam ayrı məsələdir. Belə olan halda Paşinyanın yol verəcəyi bu addımları dünya ictimaiyyəti qəbul etməyəcək. Çoxları anlayır ki, yaranmış situasiyadan yeganə çıxış yolu növbədənkənar seçkinin keçirilməsidir. Bu isə Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra baş tutmalıdır”.

  • 10.05.2018, 15:47, Oxunub: 6 671
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar