İYİ-ləşən 15 deputat yenidən CHP-yə qayıtdı


İYİ-ləşən 15 deputat yenidən CHP-yə qayıtdı
İYİ Partiyasına qoşulan CHP-nin 15 millət vəkili partiya sıralarına geri qayıdıb.

Realliqinfo.org xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Məsələ ilə bağlı CHP-dən saat 13:00-da rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, Maral Akşənərin prezident seçkilərində iştirak edə bilməsi üçün CHP-dən olan 15 millət vəkili İYİ-nin sıralarına qoşulmuşdu. Lakin sonradan açıqlama verən Maral Akşənər seçkidə iştirak etmək üçün parlamentdə yetərsay əldə etmək əvəzinə, 100 min imza ilə namizədliyini irəli sürəcəyini açıqlamışdı.


  • 10.05.2018, 16:54, Oxunub: 1 477
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar