Abşeron rayonu Mehdiabad qəsəbəsi susuz qalıb - ETİRAZ


Abşeron rayonu Mehdiabad qəsəbəsi susuz qalıb - ETİRAZ
Abşeron rayonu, Mehdiabad qəsəbəsi Yeni məhlələrdə ( yeni tikilən 5 saylı məktəbin yanı) yaşayan sakinlər susuz qalıb. "Azərsu" ASC - yə şikayət edən sakinlərin şikayətlərinə məhəl qoyulmur. Realliqinfo.org saytına müraciət edən vətəndaşlar evlərə bir sutkadır ki, içməli suyun verilmədiyini bildirirlər.
Məsələ ilə bağlı "Azərsu"ASC ilə əlaqə saxladıq. Ordan bildirdilər ki, məsələ araşdırılır və tədbir görüləcək. Suyun kəsilməsinin səbəbinə gəlincə Səhmdar Cəmiyyətin rəsmisi bildirdi ki, problem onlarla bağlı deyil: "Siz rayon icra hakimiyyətinə müraciət edin. Ola bilsin onlar hansısa iş görürlər və qəsəbənin suyu bu üzdən kəsilib"

İnsanları düşünməyən dövlət qurumlarının özbaşınalığı nəticəsində böyük bir qəsəbənin sakinləri hazırda susuz qalıb. Sakinlər suyun verilməsinin qısa zamanda bərpa olunmayacağı təqdirdə etiraz edərək yolu bağlayacaqlarını bildiriblər.
Abşeron icra hakimiyyətindən zənglərimizə cavab verən tapılmadı.
Mövzunu diqqətdə saxlayırıq.
Realliqinfo.org

  • 11.05.2018, 19:06, Oxunub: 1 722
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar