İcra başçısı Pətək Dinçözə hədiyyə hazırlayıb


İcra başçısı Pətək Dinçözə hədiyyə hazırlayıb
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Pətək Dinçözə torpaq sahəsi hədiyyə edəcək.

Realliqinfo.org xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Bir ayağı Azərbaycanda, bir ayağı Türkiyədə olan müğənni icra başçısının ona söz verdiyini vurğulayıb:

“Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.

Qeyd edək ki, P. Dinçöz Şəkidə konsert verib.

  • 14.05.2018, 12:02, Oxunub: 1 106
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar