Prokuror partiya sədrinə 10 il cəza istədi


Prokuror partiya sədrinə 10 il cəza istədi
Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti proses mayın 22-də davam edəcək.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Musa Tükənov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.

  • 16.05.2018, 11:29, Oxunub: 574
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar