Paytaxtda bu yollarda hərəkət məhdudlaşdırıldı


Paytaxtda bu yollarda hərəkət məhdudlaşdırıldı
Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli yollarında hərəkət tam və qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Realliq.info -ya verilən məlumata görə, məhdudiyyət avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri ilə əlqaədardır. Bu məqsədlə, sözügedən yollarda axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) da əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • 16.05.2018, 12:26, Oxunub: 329
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar