Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu - VİDEO


Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu - VİDEO
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitlərinin tapıldığı ərazi məlum olub.

Realliq.info Trend-ə istinadən xəbər verir ki, meyitlər Tufandağ ərazisində aşkarlanıb. Alpinistlərin meyitləri Tufandağ yaxınlığındakı 4 metr dərinliyində qar uçqununun altından tapılıb və qərargaha təhvil verilib.

Meyitlər hazırda Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində saxlanılır.

Şöbədən Trend-ə bildiriblər ki, hazırda meyitlərin müayinələri davam etdirilir. Müayinələr başa çatandan sonra meyitlər Bakıya göndəriləcək.


  • 17.05.2018, 10:41, Oxunub: 1 365
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar