Ağaclar kəsildi, nazirlik öz işçisini qınadı – Foto


Ağaclar kəsildi, nazirlik öz işçisini qınadı – Foto
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-dən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında kəsildiyi aşkar edilib. Meşə mühafizə işçiləri tərəfindən mühafizə tədbirlərinin qeyri-qənaətbəxş yerinə yetirilməsi səbəbindən müxtəlif cinsli 75 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 6589 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

  • 18.05.2018, 11:18, Oxunub: 1 512
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar