Rusiya üçün rəzalət: rusların 20%-i... – Sorğu


Rusiya üçün rəzalət: rusların 20%-i... – Sorğu
Rusiyada aztəminatlı ailələrin sayı artıb.

Realliq.info xəbər verir ki, bu nəticə Rusiya Maliyyə Tədqiqatları Milli Agentliyinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 20%-i əldə etdiyi maaşın yalnız qidaya yetdiyini bildirib. Bu göstərici 2017-ci illə müqayisədə 4% çox olub.

5% şəxs isə, ümumiyyətlə, qida məhsulları almaqda çətinlik çəkdiyini bildirib.

Özünün aztəminatlı olduğunu fikirləşənlərin böyük hissəsini Moskva və Sankt-Peterburq əhalisi təşkil edib.

  • 18.05.2018, 15:00, Oxunub: 2 142
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar