Putin Lavrov və Roqozin barədə qərar verdi – Yeni hökumət


Putin Lavrov və Roqozin barədə qərar verdi – Yeni hökumət
Rusiya Prezidenti Vladimir Putini yeni hökumətin tərkibini təsdiq edib.

Realliq.info xəbər verir ki, Putin bu barədə qərarı Baş nazir Dmitri Medvedyevlə görüşdən sonra qəbul edib. Yeni hökumətin tərkibində əksər vəzifələrin rəhbərləri dəyişməz qalıb. Bir müddət əvvəl gedəcəyi proqnozlaşdırılan Xarici İşlər naziri Sergey Lavrov da yeni hökumətin tərkibində əvvəlki vəzifəsində yer alıb.

Yeni hökumətin tərkibində əvvəlki tərkibdə olan 13 nəfər yer almayıb. Vəzifəsini dəyişənlər sırasında Baş nazirin müavini Arkadiy Dvorkoviç, Dmitri Roqozin, İqor Şuvalov və digərləri yer alıb.

  • 18.05.2018, 15:34, Oxunub: 2 835
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar