Rusiyadan tələb: Türkiyə və ABŞ bu ölkəni tərk etməlidir


Rusiyadan tələb: Türkiyə və ABŞ bu ölkəni tərk etməlidir
ABŞ, Türkiyə və Hizbullah daxil olmaqla, bütün xarici hərbi kontingent Suriyanı tərk etməlidir.

Realliq.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə Ali nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

"Suriya torpaqlarında kontingenti olan bütün xarici hərbi qüvvələr geri çəkilməlidir. Bu xarici kontingent amerikalılar, türklər, Hizbullah və iranlılardan ibarətdir. Orada 2 hərbi hissəmizdən başqa hər hansı bir qüvvəmiz yoxdur", - Lavrentyev qeyd edib.

Xatırladaq ki, Rusiya lideri Putin suriyalı həmkarı Bəşər Əsədlə 17 mayda Soçi görüşündə də Suriyadakı "xarici hərbi qüvvələrin Suriyadan çıxarılmasının vacibliyini düşünürəm" deyə bildirmişdi.

  • 19.05.2018, 09:36, Oxunub: 4 907
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar