DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları bəlli olub


DÇ-2018: Açılış mərasiminin mahnı ifaçıları bəlli olub
Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcəklər.

Realliq.info - nun FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

  • 11.06.2018, 12:31, Oxunub: 707
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar