Bu yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq


Bu yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə musavat.com-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

"Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

  • 11.06.2018, 12:55, Oxunub: 763
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar