ABŞ prezidenti Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib


ABŞ prezidenti Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
ABŞ prezidenti Donald Tramp Ramazan bayramı münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir ki, ABŞ amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

"Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz İslam dininin qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək kimi ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni xatırlayırıq. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini yada salır. Qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram", - məktubda deyilir.

  • 14.06.2018, 12:25, Oxunub: 1 757
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar