Palmali Şirkətlər Qrupunun rəhbərliyi sadə vətəndaşlara olan borcunu qaytarmır - ETİRAZ


Palmali Şirkətlər Qrupunun rəhbərliyi sadə vətəndaşlara olan borcunu qaytarmır - ETİRAZ
Masallı rayon Mahmudavar kənd sakinləri Realliq.info saytına müraciət edərək rast olduqları problemdən yazırlar. Vətəndaşlar qeyd edir ki, Palmali Şirkətlər Qrupunun nəznində fəaliyyət göstərən və “Palsüd” istehsal edən müəssisə ilə əməkdaşlıq edərək, ora süd və süd məhsulları veriblər. Nəticədə şirkətin adıçəkilən müəssisənin rəhbərliyinin vətəndaşlara 20 min manatdan artıq borcu yaranıb. Lakin şirkət borcu ödəmək istəmir.
Mübariz Mənsimovun rəhbəri olduğu şirkətin sadə vətəndaşları 2 ildir ki aldatması ciddi narazılığa səbəb olub. Vətəndaşları çətin duruma salan şirkət rəhbərliyi yaranmış borcu qaytarmaq əvəzinə “pulumuz yoxdur” deməsi bizim də narahatçılığımıza səbəb oldu.

Uzun illərdir fəaliyyət göstərən və Azərbaycanlı iş adamı Mübariz Mənsimova aid olan bir şirkətin kasıb təbəqənin insanlarının haqqını yeməsi təəssüf hissi doğurur. Şou- biznes əhlinə yardımlar etməklə gündəmə gələn Mübariz müəllimin xeyirxah iş adamı kimi tanıyanlar azlıq təşkil etmir. Şou əhlinə yardımlar edən şirkət prezidentinin sadə insanların borcunu ödəməməsi utancverici haldır.
Palmali Şirkətlər Qrupunun rəhbərliyi sadə vətəndaşlara olan borcunu qaytarmır - ETİRAZ
Onu da qeyd edək ki, Palmalinin Bakı ofisinə M.Mənsimovun qardaşı Mais Mənsimov və Tuyqun Nadirov rəhbərlik edir. Hər iki şəxs haqqında mediada xoşagəlməz məlumatlar dərc olunub. Lakin onların fəaliyyətindən olan narazılıqlar gündən günə artmaqda davam edir.

Ümid edək ki, tezliklə vətəndaşların borcları qaytarılacaq və Mübariz Mənsimovun cəmiyyətdə yaranmış “xeyirxah iş adamı” adına xələl gəlməyəcək.
Realliq.info olaraq Masallı rayonundan redaksiyamıza olunan müraciətlərlə bağlı araşdırmalarımız davam edir. Nəticəsi barədə ətraflı məlumat verəcəyik.
Realliq.info


  • 14.06.2018, 13:04, Oxunub: 11 312
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar