Ceyhun Bayramov məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib


Ceyhun Bayramov məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib
Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, bir neçə il öncə ölkədə dərs ilinin müddəti 2 həftə uzadılıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb.

Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: "Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib".

  • 14.06.2018, 15:21, Oxunub: 8 421
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar