ABŞ prezidentinin qərarları bizi qane etmir, ancaq... – Mey


ABŞ prezidentinin qərarları bizi qane etmir, ancaq... – Mey
Britaniya və ABŞ arasında bəzi məsələlərdə fikir ayrılığı var, amma tərəflər yenə də əvvəlki kimi çıxış yolu axtarırlar.

Realliq.info xəbər verir ki, bunu CNBC televiziyasına müsahibəsində Britaniya Baş naziri Tereza Mey deyib. Onun sözlərinə görə, bəzi məsələlərdə fikir ayrılığının olması iki ölkə arasında xüsusi münasibətlərin ləğv edilməsi anlamına gəlməməlidir.

“Biz ABŞ-ın Avropa Birliyi və Britaniyaya qarşı polad və alüminium tarifləri ilə razı deyilik. Bizi həmçinin İranla nüvə razılaşmasından ABŞ-ın çıxmağı da qane etmir. Bunlara rəğmən, bizim aramızdakı xüsusi münasibətlər gələcəkdə də davam edəcək”.

  • 14.06.2018, 16:52, Oxunub: 2 905
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar