Sizin hıçqırıqınız yersizdir, cənablar


Sizin hıçqırıqınız yersizdir, cənablar
Mehman Əliyev yazır...

Əli Həsənov, Hikmət Babaoğlu, Taleh Şahsuvarlı, Azər Həsrət və başqalarına həsr olunur.

***

İyunun 9-da Media Klub informasiya cəmiyyətindəki problemlerin və çağırışların açıq müzakirəsini keçirdikdən sonra klub üzvlərinin və onun fəaliyyətinin gözdən salınması kampaniyasına başlamaq barədə "yuxarı"dan göstəriş verilib.

Media Klubun yaradılması və Azərbaycan mətbuatının böhrandan çıxarılması, müstəqil, keyfiyyətli yerli KİV-in yaradılması, Azərbaycan jurnalistinin Peşə Etikası Qaydalarının məqsəd və vəzifələrinin yerinə yetirilməsilə ilə bağlı media entuziastlarının strateji işi ideoloqları və onların əlaltılarını çaşdırıb.

Böhtan və yalanla dolu bu reaksiya Azərbaycan mətbuatının təmizliyi uğrunda gələcək mübarizəyə məni daha da ruhlandırır və gücümü ikiqat artırır. Bu reaksiya və Media Kluba qarşı təşkil olunan kampaniya bizim düzgün yolda olduğumuzdan xəbər verir.

Mən və qələm yoldaşlarım jurnalistika, İnternet sahəsində. ümumilikdə informasiya məkanında araşdırmaları, təşəbbüslər irəli sürməyi davam etdirəcəyik. Bunlar qanunvericilik, KİV-in iqtisadi vəziyyəti, jurnalistlərin təhlükəsizliyi, informasiyanın əldə edilməsi, peşə etikası problemləri və s. əhatə edəcək.

Azərbaycan jurnalistikasının belə mürəkkəb böhranlı şəraitində mən və həmfikirlərim Media Klubda birləşərək KİV-in diktat, yalançı ideoloqların və onların buyruq qullarının mənfi təsirindən xilas olması üçün öz potensialımızdan istifadə etməyi qərara aldıq.

2017-ci ilin avqustunda öz həbsimdən öncə "3 may: Savaşı uduzmusunuz, cənablar" http://www.turan.az/ext/news/2017/5/free/analytics/az/117808.htm məqaləsini yazmışdım. Məqalədə azad KİV-in və plüralizmin məhv edilməsilə bağlı antidövlət və antimilli siyasətin yalnış və ziyanlı olduğunu göstərmişdim.

Həmçinin məqalədə Azərbaycanda söz azadlığının məhv edilməsi siyasətinin müəlliflərinin və bələdçilərinin nəzarətində olmayan müxtəlif informasiya təşəbbüslərinin artdığını və onların bu prosesin qarşısında gücsüz olduqlarını da qeyd etmişdim.


Və bu gün cənablar, sizin hıçqırıqlarınz bir daha sübut etdi ki, siz uduzmusunuz. Siz öz içinizi tökə bilərsinz, ancaq sizin iştirakınız olmadan da başlanmış azad informasiya məkanının qurulması prosesini dayandırmağa qadir deyilsiniz. Bizim karvan yoldadır və sizin hıçqırıqlarınız yersizdir..

Qələbən mübarək, informasiya cəmiyyəti!


  • 15.06.2018, 12:38, Oxunub: 2 478
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar