Makron və Merkel görüşür: Avropanın taleyi…


Makron və Merkel görüşür: Avropanın taleyi…
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel iyunun 19-da Mezeberq qəsrində Avropanın gələcəyinə dair məsələləri müzakirə edəcəklər.

Realliq.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefen Zaybert deyib. O həmçinin tərəflərin ikitərəfli münasibətləri müzakirə edəcəyini də açıqlayıb.

Onun sözlərinə görə, tərəflər arasındakı görüşə axşam saatlarında Avropa Komissiyasının sədr Jan Klod Yunker də qatılacaq. Onların bir yerdə həmçinin Avropanın böyük şirkətlərinin rəhbərləri ilə də görüş keçirəcəkləri vurğulanıb.

  • 15.06.2018, 18:33, Oxunub: 2 982
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar