Naxçıvanda 3 hərbçimiz qəzada həlak oldu - Rəsmi


Naxçıvanda 3 hərbçimiz qəzada həlak oldu - Rəsmi
Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” həm mülki əhalidə, həm də ordumuzun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaətləri ilə seçilən hərbi qulluqçularımızın bir qrupu iyulun 5-i saat 18:30 radələrində avtomobil qəzasına düşüblər.

Bu barədə Realliq.info Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızı daşıyan BMC markalı avtomobilin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçularımız iyulun 6-da yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Dəfn mərasimlərində Əlahiddə Ümumqoşun Ordunun zabitləri, hökumət və ictimaiyyət nümayəndələri, həlak olanların hərbçi yoldaşları və sakinlər iştirak ediblər.

  • 06.07.2018, 21:48, Oxunub: 15 498
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar