Masallının Rüdəkənar kəndinə qaz xətti çəkiləcək


Masallının Rüdəkənar kəndinə qaz xətti çəkiləcək
Realliq.info saytında bir müddət öncə Masallının bir sıra kəndlərində eləcədə Rüdəkənar kəndində qaz yanacağının olmaması səbəbindən sakinlərin qışda ciddi problemlərlə üzləşdikləri barədə bəhs etmişdik. Bununla yanaşı məktəblərdə və tibb məntəqələrində istiliyin olmaması bir sıra ciddi çətinliklərin yaranmasından və qışı yola vermək üçün kənd sakinlərinin meşələrin yaşıllıqlarını məhv etmək zorunda qaldıqlarından yazmışdıq. Həmin yazıdan sonra Masallı rayon icra hakimiyyətindən sayta bildiriblər ki, ölkə başçısının qəbul etdiyi qərara əsasən rayonun kəndlərinin qazlaşdırılması üçün tədbirlər hazırlanır və Rüdəkənar kəndinin qazlaşdırılması tezliklə həyata keçiriləcək.

Bir neçə gün öncə Rüdəkənar kənd sakini Rafiq Rəhimov Realliq.info - ya bildirirb ki, "Azəriqaz" -ın və rayon icra hakimiyyətinin nümayəndələri kənddə olublar və onlar qaz xəttlərinin çəkilməsi üçün layihəni tərtib ediblər. R.Rəhimovun bildirdiyinə görə layihə təsdiqlənəndən sonra kənddə qaz xəttlərinin bərbasına start veriləcək. Rəhimov bu işi həyata keçirməkdə olan rayon rəhbərliyinə minnətdarlıq edib.
Rayon icra hakimiyyətindən faktı təsdiqlədilər və qısa zamanda kəndin qazlaşdırılmasına başlanacağı bildirirlir.
Mövzunu diqqətdə saxlayırıq.
Realliq.info

Masallının Rüdəkənar kəndinə qaz xətti çəkiləcək

  • 12.07.2018, 15:02, Oxunub: 3 311
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar