Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...


Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlayıb, 3 şəxs həbs edilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Realliq.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

“Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib” – məlumatda qeyd olunub.

  • 13.07.2018, 14:16, Oxunub: 1 736
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Xəbər lenti
    Bütün xəbərlər →
    Saygaclar