Dron yaşlı kişinin həyatını xilas etdi


Dron yaşlı kişinin həyatını xilas etdi
Broyd-Pik rayonunda itkin düşmüş şotlandiyalı alpinist Pik Alleni xilas edilib.

İKT.lent.az-ın BBC telekanalına istinadən məlumatına görə, buzlu çıxıntıdan yıxılan kişini dron aşkar edib.

Dünyanın 8 min metr hündürlüyü olan dağları arasında on ikinci olan Broud-Pik rayonunda 36 saat keçirən Alleni dağın ətəyindən qalxan pilotsuz uçan axtarış aparatı tapıb. Dronun operatoru 65 yaşlı şotlandiyalının açıq rəngli çantasını, sonradan isə onun özünü görüb. Bir müddət sonra kişini xilasedicilər aşkar edib və helikopterlə xəstəxanaya çatdırıblar.

Kişi barmaqlarının ucunu saymasaq, o qədər də ciddi xəsarət almayıb. Onun sözlərinə görə, hündürlükdən yıxıldıqdan və 36 saat tənha qaldıqdan sonra o, demək olar, həyatı ilə vidalaşıb. Sonradan isə pilotsuz uçan aparatın mühərrikinin səsini eşidib. Allen bildirib ki, adətən bu səs onu əsəbiləşdirir, ancaq həmin an mühərrikin səsi onun üçün dünyada ən yaxşı musiqi kimi görünüb.

  • 19.07.2018, 20:08, Oxunub: 1 918
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar