Avtoritetlərin “Kral” titulu uğrunda müharibəsi BAŞA ÇATDI: yeni bir nömrəli “qanuni oğru" odur - FOTO


Avtoritetlərin “Kral” titulu uğrunda müharibəsi BAŞA ÇATDI: yeni bir nömrəli “qanuni oğru" odur - FOTO
Moskvada son illər ərzində avtoritetlərin ən böyük yığıncağı keçirildi.

Realliq.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, yığıncağın məqsədi Rusiyanın kriminal dünyasının “kral”ını seçmək idi.

Tədbir “qanuni oğru” Mixail Voyevodin tərəfindən Lujniki ərazisində onun nəzarəti altında olan elit restoranlardan birində təşkil edilmişdi. Orada 10-dan çox ən nüfuzlu avtoritetlər var idi. Yığıncaqda yeni “qanuni oğru №1” Şişkan və ya Oleq Ramenskiy kimi məşhur olan Oleq Şişkanov seçilib.

Agentliyin qeyd etdiyi kimi, kriminal dünyasının yeni başçısını seçmək ehtiyacı kriminal dairələrdə Şakro Molodoy kimi məşhur olan Zaxariya Kalaşovun 9 il 10 ay azadlıqdan məhrum edilməsindən sonra yaranmışdı.
Avtoritetlərin “Kral” titulu uğrunda müharibəsi BAŞA ÇATDI: yeni bir nömrəli “qanuni oğru" odur - FOTO
Şişkanovun seçilməsinə kimi “oğru taxtına” əsas iddiaçı Taro kimi məşhur olan Tariyel Muluxov hesab edilirdi. Ancaq avqustda məlum oldu ki, onu Rusiyadan ömürlük sürgün etməyə hazırlaşırlar. O, hazırda Sol-İletskdə 6 saylı xüsusi rejimli koloniyadadır.

Beləliklə, Şişkanovun seçilməsiylə “oğru taxtı”nda kürd-yezidlərin çoxillik hegemonluğu bitdi. Əvvəlki “bütün bossların bossu” Aslan Usoyan (Ded Xasan) və Zaxariya Kalaşov kürd-yezidlərə aid idilər.

  • 20.08.2018, 12:51, Oxunub: 5 530
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar