Bakıdan Çinə uçuşların sayı artırıldı


Bakıdan Çinə uçuşların sayı artırıldı
"Silk Vey Eyrleynz" ("Silk Way Airlines") Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır.

Şirkətdən verilən məlumata görə, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilib. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib.

  • 17.09.2018, 14:47, Oxunub: 966
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar