Türkiyə Rusiya qarşısında bu öhdəliyi götürdü


Türkiyə Rusiya qarşısında bu öhdəliyi götürdü
Türkiyə Rusiya ilə razılaşmasına əsasən, təxminən 70 minlik cihadçı qrupun Rusiyaya qarşı fəaliyyət aparmamasına nəzarət edəcək.

Realliq.az xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinə müsahibəsində türkiyəli politoloq Mitat Çelikpala deyib.

“İdlibdəki radikal qrupların tək bir mərkəzə bağlılıqları yoxdur. Bunları nəzarət altına almaq üçün oturub onlarla danışmaq lazımdır. Bu qruplar bir-birilərini öz maraqları üçün məhv edirlər.

Məncə, İdlibdəki rus bombardmanının hədəfi Türkiyəni meydana çəkmək idi. Türkiyə isə meydanlara başqa bir versiya ilə gəldi. Türkiyə cihadçıları, mülayim müxalifətin hamısını nəzarət altında saxlamaq məcburiyyətindədir. Burada hücum olsa, Rusiya Türkiyəni məsul biləcək. Çünki bunun altına imzanı Ankara atıb”, – deyə o bildirib.

Ekspert Rusiya ilə imzalanan son razılaşmadan sonra Türkiyənin Cenevrə danışıqları zamanı əlinin gücləndiyini söyləyib:

“Türkiyə hərbi potensialını Suriyaya toplamağa başlayıb. Türkiyənin nəticədə Cenevrə danışıqlarındakı mövqeyi güclənib. Siyasi hədəfimiz olmadan hərbi əməliyyat aparmağımız düzgün deyil, əks təqdirdə bataqlığa düşəcəyik. Ruslar Əsəd rejiminə bu anlaşmanı qəbul etdirə bilsələr, Türkiyənin Suriyadakı varlığı legitimləşəcək.

Türkiyə artıq çox çətin zamana daxil olub. Bir müddət sonra Türkiyə radikal ünsürləri qəbul edib-etməməsi şayiələri yayılacaq. Çünki artıq İdlibə görə əsas məsuliyyət bizə aiddir. İdlibdə havaya ən kiçik dron belə qalxanda bunun hesabı Türkiyədən sorulacaq. İdlibdə külək başqa yerdən əsdirilir. Küləyi əsdirmədiyimizə görə, onu idarə etməyimiz də çox çətin olacaq”.

  • 19.09.2018, 12:18, Oxunub: 4 795
  • * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
    Şərh et
    Saygaclar